Xəbərlər
Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatları tərəfindən yeni tədris ili ərəfəsində ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən məzunlarla görüşlər təşkil olunub.
Ölkənin müxtəlif bölgələrində, o cümlədən Bakı şəhəri də daxil olmaqla ETİHİ-nin şəhər və rayon komitələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə icra hakimiyyəti başçıları, regional təhsil idarələrinin müdirləri, təhsil sektorlarının rəhbərləri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər. Çıxışlarda məzunlar, müəllimlər və valideynlər təbrik olunub, 2024–2025-ci tədris ilində 500 və 600 baldan yuxarı nəticə göstərənlərin sayının artdığı vurğulanıb.
Proqram çərçivəsində musiqi nömrələri səsləndirilib, yüksək nəticə göstərən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bütün məzunları təbrik edir, gələcək təhsil və həyat yollarında uğurlar arzulayır.

























