Xəbərlər
Ali təhsil müəssisələrinə 600-dən yuxarı bal toplayanlarla görüş

ETİHİ Şirvan Şəhər Komitəsi N.Nəcəfov
Şirvanda 10.09. 2025 ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhəri üzrə Təhsil Sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinə 600-dən yuxarı bal toplayanlarla görüş keçirilib. Şirvan
şəhərinin ümumtəhsil müəssisələrındən və Şirvan kimya biologiya təmayüllü liseyini bitirən məzunlardan 30 nəfəri 600-dən yuxarı bal toplayıb.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli liderı Heydər Əliyevin Şirvan şəhərindəki abidəsinin önünə gül dəstələri düzərək xatirəsini yad etmişlər. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinini inzibati binasında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məzunları təbrik edərək onlara gələcək təhsil illərində uğurlar dilədi. Tədbirdə çıxış edən Milli Məclisin Şirvan şəhərindən seçilən deputatı Heydər Əsədov məzunları təbrik edərək onlara gələcəkdəki uğurlu təhsillərinə görə öz məsləhətlərini verdi.
Şirvan Təhsil Sektorunun müdiri Varis Qasımlı və ETİHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfovda məzinlara öz arzularını dilədilər. Tədbirin sonunda məzunlara Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhərinin deputatı və ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən
Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.
















