Xəbərlər
Alxasava kənd məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
04/11/2026, 12:05

30 oktyabr 2026-cı il tarixində Alxasava kənd tam orta ümumtəhsil məktəbində 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində 5-ci və 7-ci sinif şagirdlərinin iştirakı ilə “Qərarı kim verməlidir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərə uşaq hüquqları, öz fikirlərini sərbəst ifadə etmək, qərarların qəbulunda iştirak etmək və məsuliyyətli seçim etmək bacarıqları barədə məlumat vermək olub.
Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Tədbir interaktiv müzakirələrlə davam edib.





