“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AMK nəzdində İncəsənət Gimnaziyası ETİHİ Yasamal Rayon Komitəsinin fəaliyyətinə qoşulub

12/06/2026, 17:29
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin fəaliyyətinə yeni daxil olmuş 10.06.2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasında Həmkarlar İttifaqı Təşkilatının seçki yığıncağı keçirilib və yeni sədr seçilib.

Yığıncaqda Rzayeva Sevda Əfsər qızının namizədliyi irəli sürülüb və açıq səsvermə nəticəsində ittifaq üzvlərinin böyük əksəriyyətinin səsini qazanaraq həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

Daha sonra gündəliyə uyğun olaraq ilk həmkarlar ittifaqı təşkilatının komitə üzvləri və təftiş komissiyasının üzvləri seçilib.

ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli qonaq qismində yığıncaqda iştirak edərək yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulayıb. O, həmkarlar ittifaqında təmsil olunan üzvlərin gələcək fəaliyyət istiqamətləri, hüquq və vəzifələri barədə maarifləndirici məlumatlar verib, müvafiq tövsiyələrini diqqətə çatdırıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: