“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AMK nəzdində SMK kollektivi “44” bədii filmini izləyib

11/11/2026, 15:29
xeber1

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci Həmkarlar İttifaqı Komitəsin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Nizami Kinoteatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44” bədii filminin nümayişi keçirilib.

Tədbirdə kollecin müəllim-həyəti, əməkdaşları və tələbələri bir araya gələrək qəhrəmanlıq tariximizi əks etdirən bu ekran əsərini böyük qürur hissi ilə izləyiblər.

Vətən müharibəsində qazanılan tarixi qələbənin ruhunu və şəhidlərimizin əziz xatirəsini yaşatmaq məqsədilə təşkil olunan nümayiş iştirakçılarda unutulmaz təəssürat yaradıb. Nümayişin məqsədi Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və milli həmrəyliyini təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunu gücləndirmək, tarixi yaddaşını möhkəmləndirməkdir.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: