Xəbərlər
A.Mustafayev adına 202 nömrəli tam orta məktəbdə İlk Həmkarlar Təşkilatı sədrinin növbədənkənar seçkisi keçirildi

Bu gün ETİHİ Nərimanov RK-nın tabeliyində fəaliyyət göstərən A.Mustafayev adına 202 nömrəli məktəbdə növbədənkənar sədr seçkisi keçirilib.
Uzun illər həmkarlar ittifaqı fəaliyyətinə rəhbərlik edən, üzvlərin hüquq və mənafelərinin müdafiəsində, onların sosial məsələlərinin həllində və kollektivlə həmkarlar ittifaqı arasında sağlam münasibətlərin qurulmasında öz dəst-xətti olan sədrimiz İmarət xanım əmək fəaliyyətinin yaş həddinə çatması ilə sədr vəzifəsindən ayrılıb.
ETİHİ Nərimanov RK olaraq İmarət xanımı uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif etdik. İmarət xanımın adı ilə bağlı bir gözəl söz də söylədik: "o, illər ərzində yalnız həmkarlar ittifaqı təşkilatına rəhbərlik etmədi, qəlblərimizdə öz “imarət”ini qurdu... imarət onun əməyindən, insanlara münasibətindən, üzvlərin etimadından və illər ərzində qazandığı hörmətdən ucaldı.
Bu gün həm də ilk təşkilatda yeni mərhələnin başlanğıcına şahid olduq. Kollektivin iştirakı ilə növbədənkənar seçki keçirildi və İlk Təşkilata yeni sədr seçildi.
Yeni sədrimizə uğurlar arzulayırıq! İnanırıq ki, o, həmkarlar ittifaqı üzvlərinin hüquq və qanuni mənafelərinin qorunmasını, sosial-iqtisadi məsələlərdə onların yanında olmağı, üzvlərin müraciət və təkliflərini diqqətdə saxlamağı və ən əsası, kollektivlə açıq, etibarlı və konstruktiv sosial dialoq qurmağı öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edəcək.
Çünki güclü ilk təşkilatın əsasında yalnız sənədləşmə və təşkilati iş deyil, "üzvə yaxınlıq, etimad, sosial dialoq və məsuliyyət" dayanır.
İmarət xanıma illər ərzində göstərdiyi fədakar fəaliyyətə görə təşəkkür edir, yeni sədrimizə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulayırıq!
ETİHİ Nərimanov RK olaraq hər bir ilk təşkilatımızın inkişafına və hər bir üzvümüzün yanında olmağa davam edəcəyik.




