Xəbərlər
Anım Günü münasibətilə keçirilən tədbir
04/10/2025, 07:01

27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.
Artıq beş ildir ki, bu tarix Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunur. Anım günü ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti tələbələrlə birgə Zəfər parkının girişində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edərək, xatirə daşının üzərinə gül dəstələri qoydular.
Allah şəhidlərimizə rəhmət etsin!





