Xəbərlər
Anım Mərasimi

1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni vəhşiliyinin qurbanı olmuşdur. 31 Mart soyqırımı ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Hacıqabul rayonunda da anım mərasimi keçirilmişdir.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları əməkdaşları , idarə, müəssisə və təhsil müəssisələrinin kollektivləri rayonun Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksi ziyarət etdilər. Abidə önünə gül dəstələri düzülərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsi dərin ehtiramla anıldı.
Allah şəhidlərimizə rəhmət eləsin .








