Xəbərlər
Anım tədbiri

Göyçayda Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
25 fevral 2026-cı il tarixində Göyçay rayon Mədəniyyət Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Azadlıq yolunun Zəfəri”adlı anım tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Yazıçı publisist , Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Pərviz Yəhyalı çıxışı zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən, günahsız insanların amansızcasına qətlə yetirilməsindən, minlərlə ailənin faciə ilə üz-üzə qalmasından bəhs etdi. Qeyd olundu ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı və ağrılı səhifələrindən biridir və bu hadisə xalqımızın yaddaşında silinməz iz buraxıb.Tədbirdə vətənpərvərlik ruhunda şeirlər,Xocalı şəhidlərinə həsr olunmuş musiqi nömrələri ifa edildi









