Xəbərlər
Anti -narkotik Dini ekstremizm və radikalizm insan alverinə qarşı mübarizə eləcə də erkən nigah və onun fəsadları”

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri Rövşən Quluyevin təşkilatçılığı ilə “Anti -narkotik Dini ekstremizm və radikalizm insan alverinə qarşı mübarizə eləcə də erkən nigah və onun fəsadları”mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbayçan Respublikası Daxılı İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsinin təşəbüsü ilə “Anti -narkotik Dini ekstremizm və radikalizm insan alverinə qarşı mübarizə eləcə də erkən nigah və onun fəsadları”mövzusunda Ağcabədi rayon polis şöbəsinin rəis müavini Elmur Dəmirçiyev, Erkən nigah və onun fəsadları mövzusunda çıxış edən RİH psixoloqu İlahə Qasımova ,9 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin Sektor müdiri İsrafil Paşayev, məktəbin direktoru Nərminə Əkbərova ,şagirdlər və müəllimlər iştirak edib.
Dəvət edilən qonaqlar bildirdilər ki, dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə,baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib. Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir.
Polis şöbəsinin əməkdaşı çıxışında ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini–etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirdiyini,
orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, insanlar belə hallara daha tez inandığını çatdırdı
Şagirdlər təhsil almaqla təbiət və cəmiyyət hadisələrinin mahiyyətini anlaya bilirlər. Məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır.
Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası mövcuddur.
Anti -narkotik Dini ekstremizm və radikalizm insan alverinə qarşı mübarizə eləcə də erkən nigah və onun fəsadları yeniyetmələrin narkomaniya təhlükəsindən qorunmasının vacibliyini diqqətə çatdırıb.
Belə maarifləndirici tədbirin təşkilinə görə təşkilatçılara ETİHİ Ağcabədi Rayon Komitəsi adından təşəkkürümüzü bildirir və bu istiqamətdə tədbirlərin davam etdirilməsinin önəmini qeyd edirik.










