“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Aprel - dünya autizm maarifləndirmə ayı "çərçivəsində AHİK- nın təqdim etdiyi hədiyyələr ATİAHİ Respublika Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara paylanılıb.

15/04/2025, 15:31
xeber1

Ümumdünya Autizm Maarifləndirmə ayı çərçivəsində Bakının müxtəlif rayon komitələrində AHİK -a üzv təşkilat olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr paylanılıb.

Hədiyyələrin paylanılması AzMİU və AZMİU Tələbə Həmkarlar İttifaqı Komitələrinin sədrləri və fəal ittifaq üzvləri tərəfindən həyata keçrilib.

Nəsimi rayonunda Azərbaycan Həmkarlar ittifaqı Konfedrasiyası tərəfindən verilən hədiyyələr Xüsusi Təhsil Məktəbində xüsusi qrupdan olan uşaqlara və eyni zamanda eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış Uşaq Bağçasındakı azyaşlılara təqdim olunub.

Nizami rayonunda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika İnternat Məktəbində ATİAHİ Nizami rayon Komitəsinin müəllim və fiziki qüsurlu uşaqlar ilə görüşü keçirilib.

Xəzər rayonunda da Autizm Maarifləndirmə ayı çərçivəsində Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 2 nömrəli Xüsusi İnternat Məktəbində təhsil alan şagirdlərə hədiyyələr paylanılıb. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin musiqi ifaları ilə davam etdirilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: