Xəbərlər
Aprel döyüşləri

Aprel döyüşləri Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Bu döyüşlərdə canından keçən igidlərimiz Vətən torpağının hər qarışının necə müqəddəs olduğunu bütün dünyaya göstərdilər. Onların şücaəti, qəhrəmanlığı və vətən sevgisi bu gün gənc nəsil üçün böyük nümunədir.
Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsi olaraq Aprel döyüşləri ilə əlaqədar bu gün Göyçay rayonunun yeganə Aprel döyüşü şəhidi Qasımov Teymur Mikayıl oğlunun ailəsini ziyarət etdik. Ziyarət zamanı şəhidimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, onun keçdiyi şərəfli döyüş yolundan bəhs edildi. Bildirildi ki, şəhidlərimizin qanı yerdə qalmadı, onların qəhrəmanlığı nəticəsində Azərbaycan torpaqları azad olundu və bu gün qalib xalq kimi yaşayırıq.
Şəhid ailələrini ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq hər birimizin mənəvi borcudur. Şəhidlərimiz bizim qürur yerimizdir, onların ailələri isə bizə əmanətdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!







