Xəbərlər
Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş UGİŞM-nin şahmat üzrə açıq birinciliyinə yekun vurulmuşdur.

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin tədbirlər planına uyğun olaraq 06-11 aprel 2026-cı il tarixlərində keçirilmiş "Aprel döyüşləri şəhidlərinin"nin xatirəsinə həsr edilmiş UGİŞM-nin şahmat üzrə açıq birinciliyinə yekun vurulmuşdur.
Tədbirdə əvvəlcə Aprel döyüşlərində və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Aprel döyüşlərinin Azərbaycanın Zəfər tarixinin başlanğıcı olduğunu, milli ordumuzun qısa müddətdə qəhrəmanlıq göstərərək tarix yazdığı bir daha xatırlanmışdır.
Yarışda bütün qruplar üzrə 1-ci, 2-ci, 3-cü yer tutan şahmatçılar ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən diplom və medallarla təltif olundular.Yarış qaliblərinin təltif olunmasında DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli və ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak etmişdir.Yarışda yer tutan idmançılarimızı təbrik edirik gələcək yarışlarda uğurlar arzulayırıq.






























