“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Aprel döyüşləri Zəfərə gedən yolun başlanğıcıdır

02/04/2026, 21:35
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi ,Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa Rayonu Təhsil Sektorunun, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Aprel döyüşlərinin, eləcə də İkinci Vətən müharibəsinin iştirakçıları olmuş şəhid qəhrəmanlarımız – Mahmud Əhmədovun və Sübhan Kərimovun valideynləri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Elvira Əfəndiyeva, Mərkəzin direktoru Ləman Cəlilova, şəhid atası Murtuz Kərimov, şəhid anası Aybəniz xanım və müharibə veteranı Vəli Abdıyev Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsində tutduğu mühüm yerdən və bu zəfərin İkinci Vətən müharibəsinə gedən yolda mühüm mərhələ olmasından ətraflı bəhs ediblər. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın isə sarsılmaz birlik və vətənpərvərlik ruhunu bir daha dünyaya nümayiş etdirib. Bu şanlı tarix hər zaman qürurla yad ediləcək və gələcək nəsillərə vətənə sevgi və sədaqət nümunəsi kimi aşılanacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: