Xəbərlər
APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİ.

Bu gün şanlı tariximizin qürurverici səhifələrindən olan Aprel döyüşlərindən 10 il ötür. Aprel döyüşləri gücümüzün, birliyimizin və qələbə ruhumuzun simvoludur. Aprel döyüşləri şanlı Zəfərimizin başlanğıcı oldu.
ETİHİ Hacıqabul Rayon Komitəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş Ədalət Ağayev adına Kolanı kənd tam orta ümumtəhsil məktəbində ədəbi-bədii tədbir keçirildi.Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova, məktəbin hərbi müəllimi Aprel döyüşlərinin iştirakçısı Qarayev Rizvan Famil oğlu, məktəbin pedaqoji və şagird kollektivləri iştirak edirdi.Tədbir Dövlət Himni ilə başlandı, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
2016 Aprel döyüşləri Azərbaycan Ordusunun hər an torpaqlarını qorumağa qadir olmağını bir daha sübut etdi.
Tədbirin sonunda Aprel döyüşlərinin iştirakçısı Rizvan müəllim və tədbirin hazırlanmasında yaxından iştirak edən Uşaq Birliyi Rəhbəri və sinifdənxaric işlər üzrə direktor müavini ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən Təşəkkürnamə ilə təltif edildi.Məktəbli şagirdlərin ifasında səslənən şeir və musiqi nömrələri təbdirə rəngarəngliyi qatdı.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.










