Xəbərlər
Aprelin 28-də Azərbaycan tibb elminin görkəmli siması, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qadın təhsil işçiləri arasında voleybol yarışı keçirildi.

Qəbələ rayon təhsil sektoru və ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən təşkil olunmuş yarışda ümumtəhsil məktəblərinin komandaları qələbə uğurunda mübarizə apardı.
Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunmuş yarışda Ulu Öndər Heydər Əliyevin, Zərifə Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər qeyd etdilər ki, bu cür yarışların təşkili Zərifə xanım Əliyevaya ehtiramın ifadəsi olmaqla yanaşı, təhsil işçiləri arasında idmana marağın artırılması və onların asudə vaxtlarının səmərəli təşkil olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Yarışların nəticələrinə əsasən qaliblər təşkilatçılar tərəfindən kubok və fəxri fərmanlarla mükafatlandırıldı. Maraqlı və gərgin keçən mübarizənin yekununda:
• Zarağan kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası – I yer
• Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası – II yer
• Nicat Apayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası – III yer
qaliblər kimi müəyyən olundu.




























