Xəbərlər
Aprelin 28-də Azərbaycan tibb elminin görkəmli siması, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olumuş tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçi psixoloqu Mələkxanım Ədilova, Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, məktəb və bağça rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edənlər Zərifə xanımın şərəfli ömür yolu hər bir həkim, hər bir alim və hər bir Azərbaycan vətəndaşı üçün zəhmətin, mərhəmətin, ziyalılığın və Vətənə sədaqətin parlaq örnəy olduğunu qeyd ediblər. Zərifə xanım qayğıkeş ana, sədaqətli həyat yoldaşı, mehriban və humanist, öz xalqına və Vətəninə bağlı bir şəxsiyyət kimi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Tədbir çərçivəsində Vahid Qəhramanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI “A” sinif şagirdi Rəhmli Aylin Vüqar qızı Qəbələ Rayon Komitəsi tərəfindən buraxılış imtahanında region üzrə 298 bal topladığına görə hədiyyə ilə təltif olundu.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdi.



















