Xəbərlər
Aprelin ayının 29-da "Şahin" hərbi-idman oyununun rayon mərhələsi baş tutub. Yarışın açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlamışdı.
Aprelin ayının 29-da "Şahin" hərbi-idman oyununun rayon mərhələsi baş tutub.
Yarışın açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlamışdı.
Tədbirdə Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Ayxan Fərəcli, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri Rabil İbrahimov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin kadrlar və nizami hissə üzrə zabiti, kapitan Səttarxan Əhmədov, çıxışlarında məktəblilərə uğurlar arzulayaraq “Şahin” hərbi-idman oyununun gənclərin fiziki hazırlığının olmaları və bu cür yarışların gənclərimizin vətənpərvər ruhd böyüməsində böyük rolu olduğunu qeyd etdilər, onların fiziki hazırlığının yüksəlməsinə və hərbi sahəyə marağının artmasına xidmət edir.
Rayon birinciliyində 4 tam orta ümumtəhsil məktəbinin komandası iştirak edib.Bu komandalar Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, Bayan kənd M.Mustafayev adına tam orta ümumtəhsil məktəbi, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəbləri olmuşdular.
Yarışın yekun nəticələrinə görə, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “şahin”ləri birinci, Bayan kənd M.Mustafayev adına tam orta ümumtəhsil və Quşçu kənd Ə.İsmayılov adına tam orta ümumtəhsil məktəblərinin “şahin”ləri isə ikinci və üçüncü yerlərə layiq görülüblər.



