Xəbərlər
Arzu müəllimənin 60 illik yubileyi qeyd olunub

Bu gün Çahar kənd tam orta ümumtəhsil məktəbində məktəbin direktoru Arzu Hüseynovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən məktəbin kollektivi Arzu müəllimənin uzun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyətdən, təhsil sahəsindəki xidmətlərindən, gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolundan və kollektiv arasında qazandığı hörmət və nüfuzundan bəhs ediblər.
Qeyd olunub ki, müəllimlik yalnız peşə deyil, həm də böyük məsuliyyət, səbir və fədakarlıq tələb edən müqəddəs bir missiyadır. Arzu müəllimə də öz fəaliyyəti ilə bu missiyaya sadiqliyini nümayiş etdirərək, təhsilalanların bilikli, savadlı və vətənpərvər ruhda yetişməsinə öz töhfəsini verib.
Sonda yubilyar səmimi təbrik edilib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.












