Xəbərlər
Aşağı Bucaq kənd ümumi orta ümumtəhsil məktəbinin kimya müəllimi Aynur Yarovanın "Sehrli Kimya Dünyasına Səyahət" adlı nağıllar ilk kitabı işıq üzü görüb.
05/02/2026, 10:19

Aşağı Bucaq kənd ümumi orta ümumtəhsil məktəbinin kimya müəllimi Aynur Yarovanın "Sehrli Kimya Dünyasına Səyahət" adlı nağıllar ilk kitabı işıq üzü görüb.
Müəllif kitabında kimyəvi anlayışlar, elementlər haqqında məlumatları Azərbaycan dilinin imkanlarından istifadə edərək nağıl formasında izah edib. Onun fikrincə bu üsul uşaqların mövzunu daha asan qavramasına və yadda saxlamasına kömək edəcək. Beləliklə, həm dil bacarıqları, həm də kimya bilikləri birlikdə inkişaf edəcək.
Aynur müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.








