Xəbərlər
Astara məktəbində müəllimə həsr olunan yubiley tədbiri keçirildi.

Astara rayonu Şıxəli Qasımov adına tam orta ümumtəhsil məktəbində məktəbin müəllimi Novruzova Nigar Qərib qızının 65 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Nigar xanımı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi məsuliyyətli, dürüst və fədakar fəaliyyətini xüsusi vurğulamışlar.
Qeyd olunmuşdur ki, Nigar xanım zəngin pedaqoji təcrübəsi, yüksək mənəvi keyfiyyətləri və vətənpərvər mövqeyi ilə həmkarları və şagirdləri arasında böyük hörmət və nüfuz qazanmışdır. Onun yetişdirdiyi şagirdlər bu gün cəmiyyətin müxtəlif sahələrində layiqincə fəaliyyət göstərərək müəllim əməyinə verilən ən böyük qiymətin bariz nümunəsinə çevrilmişlər.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Nigar xanım fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Nigar xanıma möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanmışdır.











