“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara məktəblisi “Ən yaxşı təqdimat” müsabiqəsində respublika üzrə III yerə layiq görülüb

08/05/2026, 18:03
xeber1

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində respublika üzrə III yerə layiq görülən Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin İT təmayüllü X sinif şagirdi Muradlı Yusif Murad oğlu və onun müəllimi Məlikzadə Gülnar Elçin qızı ilə görüş keçirilmişdir.

Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Astara Rayon Komitəsinin sədri və Astara rayon təhsil sektorunun müdiri iştirak etmişlər.

Çıxışlarda şagirdin əldə etdiyi uğurun rayon təhsilinin inkişafının və gənclərin bilik və bacarıqlarının göstəricisi olduğu vurğulanmış, müəllimin əməyi yüksək qiymətləndirilmişdir.

Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənc nəsil arasında təbliği, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Məlikzadə Gülnar Elçin qızına təşəkkürnamə təqdim olunmuş, Muradlı Yusif Murad oğluna isə qiymətli hədiyyə verilmişdir. Onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: