Xəbərlər
Astara rayonu Azad İbrahimov adına Şuvi kənd tam orta ümumtəhsil məktəbinin müəlliminin 60 illik yubileyi qeyd edildi
08/06/2026, 18:14

Astara rayonu Azad İbrahimov adına Şuvi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əhədov Ərəstun Balağa oğlunun 60 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Yubiley tədbirində Ərəstun müəllimin pedaqoji fəaliyyətindən, məktəb kollektivində qazandığı nüfuzdan, eləcə də gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərdən bəhs edilmiş, ona gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və uzun ömür arzulamışlar.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Ərəstun müəllim Fəxri Fərman və hədiyyə ilə təltif olunmuşdur.






