Xəbərlər
Astara rayonu Deqadi kənd tam orta ümumtəhsil məktəbinin direktoru Zikrulla Salayevin 65 illik yubileyi qeyd olundu.

Astara rayonu Deqadi kənd tam orta ümumtəhsil məktəbin direktoru Salayev Zikrulla Əsabəddin oğlunun 65 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Çıxış edənlər Zikrulla müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər təhsil sahəsində göstərdiyi məsuliyyətli, dürüst və fədakar fəaliyyətini yüksək qiymətləndirmişlər.
Yubiley tədbirində Zikrulla müəllimin zəngin pedaqoji fəaliyyəti, məktəb kollektivində qazandığı böyük nüfuz, təhsilin inkişafına verdiyi töhfələr və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri xüsusi vurğulanmışdır. Ona gələcək fəaliyyətində yeni nailiyyətlər, möhkəm can sağlığı və uzun ömür arzulanmışdır.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Zikrulla müəllim Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.







