Xəbərlər
Astara rayonu Elşən Baxşıyev adına Rinə kənd tam orta ümumtəhsil məktəbində müəllimlərin 65 illik yubileyi qeyd olunub

Astara rayonu Elşən Baxşıyev adına Rinə kənd tam orta ümumtəhsil məktəbində məktəbin müəllimləri Kakayev Zahir Əlif oğlu və İbrahimov Nəriman Mirzəxan oğlunun 65 illik yubileyləri münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər yubilyar müəllimlərin uzunillik pedaqoji fəaliyyətindən, təhsil sahəsində qazandıqları nailiyyətlərdən, məktəb kollektivindəki nüfuzlarından və gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərdən bəhs etmiş, onları səmimi-qəlbdən təbrik edərək möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulamışlar.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən hər iki müəllim Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşdur.
Hörmətli Zahir müəllimə və Nəriman müəllimə uzun ömür, möhkəm sağlamlıq və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!









