Xəbərlər
Astara rayonu Ərçivan qəsəbəsində məktəb direktoru Cahangir Cahangirovun 60 illik yubileyi qeyd olundu

Astara rayonu Ərçivan qəsəbəsi Sahib Kələntərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Cahangirov Cahangir Məmmədağa oğlunun 60 illik yubileyi münasibətilə məktəbdə geniş və əlamətdar tədbir təşkil olunmuşdur.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayonu üzrə təhsil sektorunun müdiri və məktəbin kollektivi iştirak etmişdir. Çıxış edənlər Cahangir müəllimi yubiley münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi dürüst, məsuliyyətli və fədakar fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbir iştirakçıları Cahangir müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışlar.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Cahangir müəllim fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.




