“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonu Kijəbə qəsəbəsi Nail Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlərin yubileyi münasibətilə tədbir keçirildi

14/06/2026, 12:31
xeber1

Astara rayonu Kijəbə qəsəbəsi Nail Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbin müəllimləri Ağayeva Rəna Sultanağa qızı, Məmmədova Cəmilə Hacı qızı və Ələsgərova Almaz Fərzi qızının yubileyləri münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər yubilyar müəllimlərin uzunillik pedaqoji fəaliyyətindən, təhsil sahəsində qazandıqları nailiyyətlərdən, məktəb kollektivindəki nüfuzlarından və gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərdən bəhs etmiş, onları səmimi-qəlbdən təbrik edərək möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulamışlar.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən hər üç müəllim Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşdur.

Hörmətli Rəna müəllimə, Cəmilə müəllimə və Almaz müəlliməyə uzun ömür, möhkəm sağlamlıq, ailə səadəti və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: