“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonu Polad Həsənov adına Çayoba kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubiley qeyd olunub.

28/11/2025, 10:05
xeber1

Astara rayonu Polad Həsənov adına Çayoba kənd tam orta ümumtəhsil məktəbin müəllimi Əhmədova Valentina Mixayılovnanın 65 illik yubileyi tədbiri keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak ediblər.

Çıxış edən natiqlər Valentina müəllimin uzunmüddətli pedaqoji fəaliyyətindən, təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən və məktəbin həyatında oynadığı mühüm roldan bəhs ediblər.

Sonda Valentina xanım Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: