Xəbərlər
Astara rayonu Polad Həsənov adına Çayoba kənd tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar Təşkilatının sədrinin 65 illik yubileyi qeyd olunub

Astara rayonu Polad Həsənov adına Çayoba kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, eyni zamanda məktəbin İlk Həmkarlar Təşkilatının sədri Rizvan Fərman oğlu Nəsirovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak ediblər.
Çıxış edənlər Rizvan müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyətindən, təhsilin inkişafına verdiyi töhfələrdən və məktəbin ictimai həyatında oynadığı mühüm roldan bəhs ediblər.
Sonda Rizvan Nəsirov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.









