“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonu Şahağac kəndi Davud Əsədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yubiley tədbiri keçirilmişdir

13/11/2026, 14:07
xeber1

Astara rayonu Şahağac kəndi Davud Əsədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Novruzova Nərminə Gülağa qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Nərminə müəllimin uzunillik və səmərəli pedaqoji fəaliyyətindən, ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsində, onların savadlı, geniş dünyagörüşlü, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlı şəxsiyyətlər kimi yetişməsində göstərdiyi xidmətlərdən bəhs ediblər.

Çıxış edənlər yubilyarı əlamətdar günü münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Novruzova Nərminə Gülağa qızına uzunillik və səmərəli pedaqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə, həmçinin 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: