Xəbərlər
Astara rayonu Səməd Vurğun adına Təngərüd kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubileyi tədbiri keçirildi

Astara rayonu Səməd Vurğun adına Təngərüd kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Fətəliyeva Aytəkin Oğlan qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Yubiley tədbirində çıxış edənlər Aytəkin müəllimin uzunillik pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində və vətənpərvərlik ruhunda formalaşmasında göstərdiyi xidmətlərdən bəhs etmiş, onu əlamətdar yubileyi münasibətilə təbrik edərək bundan sonrakı həyatında möhkəm can sağlığı, xoşbəxtlik və yeni uğurlar arzulamışlar.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fətəliyeva Aytəkin Oğlan qızına təhsil sahəsindəki səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.
Hörmətli Aytəkin müəllim, 65 illik yubileyiniz mübarək olsun! Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.



