“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonu üzrə təhsil sektorunda ilk həmkarlar təşkilatının sədri seçilib.

27/11/2025, 14:39
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsinin iştirakı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunda ilk həmkarlar təşkilatının sədr seçkisi keçirilib.

Səsvermə nəticəsində Abbasova Həmidə Abbasqulu qızı ilk həmkarlar təşkilatının sədri seçilmişdir. Seçkidən sonra Abbasova Həmidə Abbasqulu qızı ilə təhsil sektorunun müdiri Əliyeva Xədicə Məmmədəli qızı arasında Kollektiv Müqavilə imzalanmışdır.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov kollektiv müqavilələrin əmək münasibətlərinin tənzimlənməsi və təhsil işçilərinin sosial-iqtisadi hüquqlarının qorunmasında mühüm rol oynadığını vurğulamışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: