“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

19/01/2026, 14:34
xeber1

20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə keçirilən anım tədbiri çərçivəsində bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayonu üzrə təhsil sektorunun müdiri, Astara rayonu üzrə ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri Şəhidlər xiyabanını ziyarət etmişlər.

Şəhidlərin məzarları önünə qərənfillər qoyulmuş, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilmişdir.

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: