Xəbərlər
Astara rayonunda 27 sentyabr "Anım Günü" şəhidlər xiyabanı ziyarət edilmişdir.
01/10/2025, 11:42

27 sentyabr – Anım Günü münasibətilə təşkil olunan tədbirdə şəhid ailə üzvləri, müharibə iştirakçıları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayonu üzrə təhsil sektorunun müdiri, eləcə də rayonun müxtəlif təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, abidə önünə qərənfillər düzüblər.
Qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq!







