“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda 65 illik yubiley tədbiri keçirilmişdir.

18/11/2025, 19:28
xeber1

Astara rayonu Yaqub Ağayev adına Artupa kənd tam orta ümumtəhsil məktəbinin gözətçisi Cabbarov Məzahir Rahib oğlunun 65 illik yubileyi münasibətilə məktəbdə geniş tədbir təşkil olunub.

Tədbirdə məktəbin kollektivi və digər dəvətlilər iştirak edərək Cabbarov Məzahiri səmimi qəlbdən təbrik etmiş, onun uzun illər ərzində göstərdiyi dürüst, məsuliyyətli və fədakar əməyini yüksək qiymətləndirmişlər.

Cabbarov Məzahirə can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində daha böyük uğurlar arzulanmışdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyar qiymətli hədiyyələrlə təltif edilmişdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: