“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda 70 illik yubiley tədbiri keçirilib.

23/10/2025, 09:55
xeber1

22 oktyabr 2025-ci il tarixində Astara rayonu Sım kənd tam orta ümumtəhsil məktəbinin direktoru Xalıqov Nəbi Böyükağa oğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak ediblər.

Çıxış edən natiqlər Nəbi müəllimin uzunmüddətli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi dəyərli töhfələr və məktəb həyatında oynadığı mühüm roldan danışıblar.

Sonda Nəbi müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Xalıqov Nəbi müəllimi bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: