Xəbərlər
Astara rayonunda bağça əməkdaşının 65 illik yubileyi münasibətilə tədbir keçirilib
12/05/2026, 19:30

Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasının texniki işçisi Səfərova Azadə Sahib qızının 65 illik yubileyi münasibətilə bağçada tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azadə xanımı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək həyatında xoşbəxtlik arzulamışlar. Çıxışlarda onun uzun illər ərzində bağçada göstərdiyi zəhmətkeş fəaliyyəti, işinə məsuliyyətlə yanaşması, həmçinin kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi vurğulanmışdır.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyara xatirə hədiyyəsi təqdim olunmuşdur.






