“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda daha bir dəyərli pedaqoqun yubiley tədbiri keçirildi.

27/02/2026, 15:05
xeber1

Astara rayonu Yaqub Ağayev adına Artupa kənd tam orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Əsədullayev Eldar Feyzulla oğlunun 65 illik yubileyi münasibətilə məktəbdə geniş və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak etmişlər.

Çıxış edənlər Eldar müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi dürüst, məsuliyyətli və fədakar fəaliyyətini xüsusi vurğulamışlar.

Qeyd olunmuşdur ki, Eldar müəllim zəngin pedaqoji təcrübəsi, yüksək mənəvi keyfiyyətləri və vətənpərvər mövqeyi ilə həmkarları və şagirdləri arasında böyük hörmət və nüfuz qazanmışdır. Onun yetişdirdiyi şagirdlər bu gün cəmiyyətin müxtəlif sahələrində layiqincə fəaliyyət göstərərək müəllim əməyinə verilən ən böyük qiymətin bariz nümunəsinə çevrilmişlər.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Eldar müəllim fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: