Xəbərlər
Astara rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş görüş keçirilmişdir

30 dekabr tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə görüş keçirilmişdir.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsinin sədri, Astara rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Astara rayonu üzrə mühasibləri, Astara rayonu üzrə Təsərrüfat İstismar qrupu əməkdaşları və rayonun ümumtəhsil müəssisələrinin direktorları iştirak etmişlər.
Tədbir çay və şirniyyat süfrəsi ətrafında səmimi və xoş ab-havada keçirilmişdir. Çıxış edənlər 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik etmiş, onlara yeni ildə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulamışlar.
Görüş iştirakçılar arasında ünsiyyətin möhkəmlənməsinə, qarşılıqlı hörmət və dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət etmişdir. Tədbirin sonunda xatirə şəkilləri çəkilmiş, iştirakçılar xoş təəssüratlarla tədbiri başa vurmuşlar.
















