Xəbərlər
Astara rayonunda məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə bayram tədbiri baş tutub.

29 dekabr 2025 ci tarixində Astara rayonu Ərçivan qəsəbə körpələr evi–uşaq bağçasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AHİK və ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə tədbir təşkil olunmuşdur.
Tədbirdə Astara rayonu üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar iştirak etmişdir. Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri, rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri iştirak etmişdir.
Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə uşaqlar maraqlı çıxışlar nümayiş etdirmiş, sonda isə bağça uşaqlarına Yeni il hədiyyələr təqdim olunmuşdur.
Bu xoş təşəbbüsə görə məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları, həmkarlar ittifaqı üzvləri və valideynlər AHİK sədri cənab Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirmişlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi ürəkdən təbrik edir, xalqımıza rifah, möhkəm cansağlığı və yeni ildə davamlı uğurlar arzulayırıq!




















