Xəbərlər
Astara rayonunda məktəblilər arasında Zəfər Gününə həsr olunmuş boks turniri keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin və Astara Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Astara rayon Boks Mərkəzində məktəblilər arasında boks idman növü üzrə açıq turnir keçirilmişdir.
Turnirdə Astara, Cəlilabad, İmişli, Biləsuvar, Masallı və Lənkəran rayonlarını təmsil edən məktəbli oğlan və qız idmançılar iştirak etmişlər.
Yarışın əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin əhəmiyyətini gənc nəslə çatdırmaq, yeniyetmələrdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, həmçinin sağlam həyat tərzinin təbliğinə töhfə vermək olmuşdur.
Turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində keçmiş, iştirakçılar yüksək hazırlıq səviyyəsi və döyüş əzmi nümayiş etdirmişlər.
Sonda fərqlənən idmançılar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.







