Xəbərlər
Astara rayonunda müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirildi
16/03/2026, 17:16

16 mart 2026-cı il tarixində Astara rayonunun ümumtəhsil müəssisələrində çalışan müəllimlər arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri və Astara rayonu üzrə təhsil sektorunun müdiri iştirak etmişlər.
Turnirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən qaliblər diplom və hədiyyələrlə təltif olunmuşdur.









