Xəbərlər
Astara rayonunda növbəti yubiley tədbiri keçirildi
26/12/2025, 21:30

Astara rayonu Suparibağ kənd Aqşin Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Sübiyə Mahmud qızının 60 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Sübiyə müəllimin uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda Sübiyə müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Sübiyə müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!








