“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda nümunəvi əmək fəaliyyətinin 60 illiyi qeyd olundu

02/04/2026, 11:42
xeber1

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illərin zəhmətini, sədaqətini və insanlıq nümunəsini özündə birləşdirən bir ömür yolunun – Qurbanova Rəna Aydın qızının 60 illik yubileyi qeyd olundu.

Rəna müəllim illər boyu yalnız müəllim kimi deyil, həm də kollektivin sevilən, hörmət edilən və etibar qazanmış üzvü kimi yadda qalmışdır. Onun sadəliyi, zəhmətsevərliyi və işinə olan sevgisi hər zaman örnək olmuşdur. Xüsusilə məktəbin təmiz və səliqəli saxlanılmasında göstərdiyi diqqət və zəhmət hər kəs tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak edərək yubilyarı səmimi sözlərlə təbrik etmiş, onun uzunmüddətli və fədakar əməyini yüksək dəyərləndirmişlər.

Rəna müəllimənin təhsil ocağında göstərdiyi nümunəvi fəaliyyət, kollektivdə qazandığı hörmət və ictimai həyatda fəallığı xüsusi vurğulanmış, o, qiymətli hədiyyələrlə təltif olunmuşdur.

60 illik ömür yolu – zəhmətin, sədaqətin və insanlığa xidmətin parlaq nümunəsi…

Rəna müəlliməyə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı həyatında yeni uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: