Xəbərlər
Astara rayonunda şəhid övladları üçün Yeni İl görüşü keçirildi.

29 dekabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsinin təşkilatçılığı ilə şəhid övladları və onların valideynləri, həmçinin təhsil aldıqları təhsil müəssisələrinin direktorlarının iştirakı ilə Yeni İl münasibətilə görüş keçirilmişdir.
Tədbirin əsas məqsədi şəhid ailələrinə diqqət və qayğı göstərmək, şəhid övladlarının sosial-mənəvi dəstəyini gücləndirmək, onların təhsil uğurlarına stimul vermək olmuşdur.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva çıxış edərək şəhid ailələrini Yeni İl münasibətilə təbrik etmiş, dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, şəhid övladlarının təhsili və inkişafı daim diqqət mərkəzində saxlanılır.
Sonda AHİK və ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə şəhid övladlarına Yeni İl hədiyyələri təqdim edilmişdir.
Xatirə şəkillərinin çəkilməsi ilə müşayiət olunan görüş səmimi və bayram əhval-ruhiyyəsində başa çatmışdır.














