Xəbərlər
Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gülqoyma mərasimi keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə gülqoyma mərasimi keçirilmişdir.
Mərasimdə Astara rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də təhsil müəssisələrində çalışan işçilər iştirak etmişlər.
İştirakçılar xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad etmişlər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin inkişafı istiqamətindəki misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanmışdır.
Qeyd edilmişdir ki, Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycan xalqının tərəqqi yolunda mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnək olaraq qalır.













