“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Astara rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş futbol yarışı keçirildi

28/04/2026, 21:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol yarışı keçirilmişdir.

27–28 aprel 2026-cı il tarixlərində baş tutan yarışda Astara rayonunun ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri iştirak etmiş, maraqlı və gərgin idman mübarizəsi nümayiş etdirmişlər.

Yarışın yekununda qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən diplomlarla təltif olunmuş, I, II və III yerləri tutan komandaların üzvlərinə, həmçinin hakimlərə hədiyyələr təqdim edilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və təhsil işçiləri arasında həmrəyliyin gücləndirilməsi olmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: