Xəbərlər
Astara rayonunda yubiley tədbirləri davam edir.
17/03/2026, 12:30

16.03.2026-cı il tarixində Astara şəhəri Şıxəli Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi Ramazanova Arasta Əzizağa qızının 65 yaşının tamam olması münasibətilə məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Arasta xanımı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və gələcək həyatında xoşbəxtlik arzulamışlar. Onun uzun illər ərzində məktəbdə göstərdiyi zəhmət, məsuliyyətli fəaliyyəti və kollektiv arasında qazandığı hörmət xüsusi qeyd olunmuşdur.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Arasta xanıma xatirə hədiyyəsi təqdim edilmişdir.







