Xəbərlər
Astara rayonunda yubiley tədbirləri davam edir.
15/04/2026, 13:30

Astara rayonu Xanlar Şəkərov adına Tüləküvan kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Tağıyev Sevman Sultan oğlunun 65 illik yubileyi münasibətilə geniş və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Sevman müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi məsuliyyətli, dürüst və fədakar fəaliyyətini xüsusi vurğulamışlar.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Sevman müəllim fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Sevman müəllimə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanmışdır.










