Xəbərlər
Astara rayonunda yubiley tədbirləri davam edir

Astara rayonu Elman Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Əliyeva İradə Şahan qızının 65 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər İradə xanımı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında uğurlar arzulamışlar. Çıxışlarda onun uzun illər ərzində məktəbdə göstərdiyi nümunəvi fəaliyyəti, işinə vicdanla və məsuliyyətlə yanaşması, kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi qeyd olunmuşdur.
Bildirilib ki, İradə xanım öz zəhməti, səmimiyyəti və kollektivə olan bağlılığı ilə hər zaman həmkarlarının rəğbətini qazanmış, məktəbin fəaliyyətində yaxından iştirak etmişdir.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyara xatirə hədiyyəsi təqdim olunmuşdur.





